“Fənərbaxça” mövsümün fasiləsində heyətini gücləndirmək üçün çalışmalarını intensivləşdirib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi “Monako”nun 22 yaşlı futbolçusu Lamine Camaranın xidmətində maraqlıdır. Məlumata görə, seneqallı futbolçu ilə “Qalatasaray” da maraqlanır. Camara “Monako” və Seneqal millisində 8 və 10 nömrəli mövqelərdə çıxış edir və dayaq yarımmüdafiəçisi kimi də oynaya bilir. Bildirilir ki, gənc futbolçunun “Monako” ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir və onun bazar dəyəri 40 milyon avro civarında qiymətləndirilir. O, Fransa klubunda keçirdiyi 77 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Məlumata görə, Qalatasarayla yanaşı, İngiltərənin “Nottingem Forest”, “Brayton” və “Kristal Pelas” klubları da Camaranı izləyir.
Camaranın 22 yaşında olması onun Super Liqadakı 10+4 legioner qaydasının U23 kontengentinə uyğun gəlməsi baxımından da “Fənərbaxça” üçün əlavə üstünlük yarada bilər.