Misirin "əl-Cumhuriyyə" qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib

Misirin "əl-Cumhuriyyə" qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib
15:33 20 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin Misirin geniş oxucu kütləsinə malik “əl-Cumhuriyyə” qəzetində məqaləsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Ş.Abdullayev 20 Yanvar faciəsinə aparan yol, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları haqqında ətraflı məlumat verib.

Məqalədə 20 yanvar hadisəsində sovet ordusunun zorakılığının “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilərək, 130-dan artıq insanın qətlə yetirildiyi, 700-dən artıq insanın isə yaralandığı bildirilib.

Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqının öz qətiyyətli yolundan dönmədiyi və müstəqilliyini yenidən bərpa etdiyi məqalədə öz əksini tapıb.

Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan Mixail Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə qeyd edib.

Azərbaycan xalqının müstəqilliyinin ilk illərində üzləşdiyi siyasi və iqtisadi çətinliklərə və Ermənistanın təcavüz və işğalına baxmayaraq, Azərbaycan rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində ölkəmizin hazırda yüksək templərlə inkişaf etdiyi və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR