“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyraya yumruqla hücum edən şəxslə bağlı məhkəmə prosesi başa çatıb. Hadisə mayın 12-də İstanbulun Beyoğlu rayonunda baş verib.
Metbuat.az xəbər verir ki, hadisə zamanı Torreyrа dostu ilə oteldə olarkən bir şəxsin foto çəkdirmək istəyini qəbul edib. Bu zaman onun yanına yaxınlaşan şəxs qəfil futbolçuya yumruq vurub. Torreyranın dostu və sürücüsü hadisəyə müdaxilə edib. Hücum edənin Yusuf Y. olduğu müəyyənləşdirilib.
İş üzrə hazırlanan ittiham aktında Yusuf Y.-nin sosial media hesablarında futbolçuya qarşı təhdid xarakterli paylaşımlar etdiyi də qeyd olunub. Həmin paylaşımlarda Torreyraya zərər vermək və ondan intiqam almaqla bağlı ifadələrin yer aldığı bildirilib.
İstanbul Asliye Ceza Məhkəməsi Yusuf Y.-ni zəncirvari təhdid ittihamı üzrə 6 ay müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, sadə xəsarət yetirmə ittihamı üzrə ona 10 min lirə (təxminən 360 manat) məbləğində məhkəmə cəriməsi də təyin olunub.
Hadisə zamanı hücum edən şəxsə müdaxilə edən sürücü Eray S. barəsində açılan işə də baxılıb. Məhkəmə Yusuf Y.-nin şikayətindən imtina etməsini nəzərə alaraq sürücü barəsindəki işə xitam verib.