Formula 1-də gərgin mübarizə ilə yadda qalan yarış Corc Rassellin qələbəsi ilə başa çatıb.
Metbuat.az xəbər verir ki, yarışın son dövrəsində Maks Verstappen lider Corc Rassellə maksimum dərəcədə yaxınlaşaraq qələbə uğrunda mübarizə aparıb. Lakin Rassell finiş xəttini rəqibindən cəmi 0,1 saniyə əvvəl keçərək birinci yeri qoruyub.
Verstappen ikinci pillədə qərarlaşıb. İsak Hacar isə üçüncü yeri tutaraq “Red Bull”un yarışı iki pilotla podiumda tamamlamasını təmin edib.
Son dövrədə digər mövqelər uğrunda da ciddi mübarizə yaşanıb. Lando Norris finiş xəttində Esteban Okonu qabaqlayaraq yeddinci yerə yüksəlib. Valtteri Bottas isə 15-ci döngədə baryerə çırpılıb.
İlk onluq belə formalaşıb: Corc Rassell, Maks Verstappen, İsak Hacar, Şarl Lekler, Kimi Antonelli, Lyuis Hamilton, Lando Norris, Esteban Okon, Oliver Bearman və Karlos Sayns.