“Trabzonspor”un misirli ulduzu Məhəmməd Salahın milli komandadan icazə almasının səbəbi ilə bağlı yeni məlumat ortaya çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Salahın Misirin qarşıdakı oyunlarından birində iştirak etməməsinin səbəbi zədə və ya məşqçi qərarı olmayıb.

Məlumata görə, futbolçu Cənubi Sudanda yayılan virusla bağlı narahatlıq keçirib. Bildirilir ki, Salah səfərdən əvvəl bəzi peyvəndlər etdirməli olub. Lakin ailəsi ilə bağlı səbəblərə görə bu səfərdə iştirak etməmək üçün xüsusi icazə alıb.

Xəbərdə qeyd olunur ki, 34 yaşlı futbolçu xüsusilə 3 övladının sağlamlığı ilə bağlı narahatlıq keçirib. Bu səbəbdən onun milli komandanın heyətindən azad edilməsi ilə bağlı razılıq əldə olunub.

Salahın sözügedən qarşılaşmada iştirak etməməsi ilə bağlı əvvəlcə müxtəlif iddialar səsləndirilsə də, son məlumatlarda əsas səbəbin virus təhlükəsi və ailəsinin sağlamlığı ilə bağlı narahatlıq olduğu bildirilib.

34 yaşlı futbolçu bu yay “Liverpul”dan ayrılaraq “Trabzonspor”a keçib. Türkiyə klubunun heyətində çıxış edən Salahın səhhəti ilə bağlı hər hansı riskin yaranması isə komandanın diqqətindədir.