Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda neft sənayesi obyektlərindən birində yanğın baş verib.

Metbuat.az “Associated Press”ə istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Bəzi məlumatlarda obyektin “Saudi Aramco” şirkətinə məxsus olduğu bildirilsə də, Səudiyyə Ərəbistanının rəsmi qurumları hadisə ilə bağlı açıqlama verməyib.