“Bu, əslində iki eyni səviyyəli komandanın mübarizəsi idi”.

Metbuat.az-ın məlumatına görə, bunu Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D2 qrupunda Azərbaycan yığmasına qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan yaranan fürsətdən istifadə edərək qol vura bilib:

“Çox təəssüf olsun ki, qapıya yol tapa bilmədik. Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Biz bu oyuna köklənmişdik. Topa sahib olmaqda heç bir problemimiz yox idi. Biz çoxlu hücumlar etdik. Hər iki komanda əlindən gələni etdi və nəticəyə kökləndi. Oyun bizim üçün məyusedici qurtardı. Buna baxmayaraq, nəzəri olaraq qrupun birincisi olmaq ehtimalımız var”.

Qeyd edək ki, Litva ilə keçirilən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.