Beyləqan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, oktyabrın 31-i saat 12 radələrində Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.