Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət/
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.
Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib.
Yunan-Roma güləşçi üzrə yarışların ilk günündə daha 3 idmançımız da mübarizə aparacaq.
Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az