Milli.Az bildirir ki, Avropa Oyunlarının ikinci günündə karate yarışlarında Azərbaycan idmançıları əla təsir bağışlayıblar.
Hazırda iki karateçimiz - Rafael Ağayev və Firdovsi Fərzəliyev - final döyüşünü gözləyir.
55 kq çəki dərəcəsində yarışan İlahə Qasımova isə ölkəmizə ilk medalı qazanıb.
O, bürünc medal uğrunda döyüşdə İspaniya təmsilçisi Kristina Ferrer Qarsiyanı məğlub edib.
Döyüş asan olmayıb. Biz İlhamənin 4-2 hesablı qalibiyyətini bayram edərkən ispan məşqçidən gələn tələb üzərinə videoyazıya yenidən baxılıb və əlavə 3 saniyə oynanıb. Burada da İlahə özünü itirməyib və əlavə 1 xal da qazanaraq bürünc medala sahib olub.
İdmançımızı təbrik edirik!
Milli.Az