Qanlı Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindəndir

Qanlı Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindəndir
19:53 20 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc 
Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşüb.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Sumqayıt şəhər sakini Orxan İsrafilov AzərTAc-a müsahibəsində deyib.
O.İsrafilov bildirib ki, vaxtilə güvənib etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək, günahsız, əliyalın insanları qətlə yetiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 25 il keçsə də şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_faciesi_xalqimizin_qehremanliq_salnamesinin_en_parlaq_sehifelerindendir-826201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR