Paris, 14 iyun, AZƏRTAC
Parisin ətrafındakı Sen-Klu yaşayış qəsəbəsinin milli parkında “Dünyanın rəngləri” adlı ikinci musiqi festivalı keçirilir. Festivalda Azərbaycan ilə yanaşı, Qazaxıstan, Boliviya, Argentina və digər ölkələr də təmsil olunub.
Fransanın musiqi həvəskarları gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğamlarımızı və Azərbaycan xalq mahnılarını dinləyiblər. Xanəndəni əməkdar artistlər Elşən (tar) və Malik Mənsurov (kamança) qardaşları müşayiət ediblər.
Tamaşaçılar Azərbaycan muğamlarına və xalq mahnılarına böyük maraqla qulaq asıblar.

