Bakı, 15 iyun, S.Allahverdiyeva, A.Rəcəbova, AZƏRTAC
Sinxron üzgüçülük üzrə ilk medalçılar iyunun 15-də günün birinci yarısında müəyyən edildi.
Qızıl medala layiq görülən duetlərin sərbəst yarışında rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulagina əvvəldən “Bakı-2015” birinci Avropa Oyunlarının favoriti hesab olunurdu.
Mükafatlanma mərasimindən sonra rusiyalı cütlük öz təəssüratlarını AZƏRTAC-a bölüşüb: “Biz çox sevinirik ki, Rusiyanın hesabına daha bir medal əlavə etdik. Bizi dəstəkləyən və yanımızda olan hər bir kəsə təşəkkür edirik. Əvvəldən qızıl medal qazanacağımıza inamlı idik. Etiraf edək ki, Bakıda güclü rəqabət var idi, qalib olmaq elə də asan olmadı. Gələcəkdə də ölkəmiz üçün daim yüksək əyarlı medallar qazanacağımıza inamlıyıq. Belə yüksək səviyyədə Avropa Oyunlarını təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik. İdmançılar üçün burda hər bir şərait yaradılıb və burada biz özümüzü evdəki kimi hiss edirik”.