Bakı, 16 iyun, AZƏRTAC
İyunun 18-də British Council Azərbaycan “PAŞA Bank” ilə birgə həyata keçirdiyi “Gələcəyə Təşəbbüs 2015” yazı müsabiqəsinin qaliblərini mükafatlandıracaq.
British Council Azərbaycandan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gəncləri iqtisadi baxımından aktual mövzular ətrafında düşündürməklə ölkənin gələcək inkişafı uğrunda həyata keçirilən proseslərdə fəal iştiraka həvəsləndirməkdir. Layihənin qalibləri Böyük Britaniyada “Kings College London”da yay məktəbində iştirak etmək imkanını əldə edirlər.
Tədbirdə British Council Azərbaycanın direktoru Elizabet Uayt, “PAŞA Bank”ın korporativ kommunikasiyalar departamentinin direktoru Sona Abbasova, Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyasının üzvləri və qalib tələbələr iştirak edəcəklər.