Bakı, 16 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında iştirak etmək bizim böyük uğurumuzdur. Bu, böyük nailiyyətdir. Çox şadıq ki, ölkəmizi bu möhtəşəm yarışlarda layiqincə təmsil edə bildik. Bütün komandalar güclü idi və finalda yaxşı çıxış etdilər. Amma biz lap əvvəldən özümüzü qızıl medala hazırlamışdıq və məqsədimizə nail olduq. Bizi dəstəklədiklərinə görə bütün azarkeşlərə “çox sağ olun” deyirik.
Bu sözləri sərbəst kombinasiyalı sinxron üzgüçülük yarışlarının final mərhələsinin qalibi olmuş Rusiya komandasının üzvləri jurnalistlərə müsahibələrində söyləyiblər.
Rusiya idmançıları vurğulayıblar ki, yarışlar yüksək səviyyədə təşkil edilib, Bakı Su İdmanı Sarayı onların ikinci evinə çevrilib.