QHT-lərə Dövlət Dəstəyi Şurası IV rübə yekun vurdu (FOTO)

QHT-lərə Dövlət Dəstəyi Şurası IV rübə yekun vurdu (FOTO)
18:08 25 Dekabr 2014
113 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin dördüncü rübünün və ilin yekunları ilə bağlı toplantısı keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantını Şura sədri, millət vəkili Azay Quliyev açaraq hər rübün sonunda Katibliyin fəaliyyətinin təhlil edilərək qiymətləndirildiyini bildirib. A.Quliyev 2014-cü ilin rəhbərlik etdiyi qurumun fəaliyyətində uğurlu il olduğunu, Şuranın ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı uğurlu layihələr həyata keçirdiyini bildirib. 2014-cü il ərzində vətəndaş cəmiyyəti inistitutlarının fəaliyyətində boşluqların aradan qaldırılması, effektivliyin artırılması, şəffalığın təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişikliklərin Şuranın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib.

A.Quliyev Şuranın büdcəsinin və səlahiyyətlərinin artırılması ilə bağlı cənab Prezident İlham Əliyevin il ərzində bir neçə sərəncam imzalamasını QHT sektoruna böyük diqqət və etimad nümunəsi adlandırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ildə Şuranın üzərinə düşən vəzifələri uğurla həyata keçirdiyini qeyd edib. İcraçı direktor 2014-cü ilin dördüncü rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakı, Qəbələ, Şirvan, Quba və digər rayonlarda QHT-lər üçün əmək müqavilələrinin elektron qeydiyyatı ilə bağlı məlumatlandırma sessiyaları təşkil etdiklərini bildirib. F.Qurbanov 16 oktyabr 2014-cü ildə Şuranın təşəbbüsü ilə Milli Məclis, Ədliyyə Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə QHT qanunvericiliyinə təklif olunan əlavə və dəyişikliklərin müzakirəsinin keçirildiyini qeyd edib.

İcraçı direktor Şuranın 17 oktyabrda Milli Məclislə və 17 dekabrda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Əməkdaşlıq Memorandumu imzalamasının QHT-lərlə dövlət institutlarının əməkdaşlığının dərinləşməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. 13 noyabr 2014-cü ildə Gəncədə bölgənin 9 rayonunun dövlət və QHT nümayəndələrinin iştirakı ilə ictimai iştirakçılığa həsr olunan regional konfrans təşkil edilib. 19 noyabr 2014-cü ildə Şura Bakıda 13 ölkədən 40-dək QHT-nin iştirakı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perespektivləri” mövzusunda beynəlxalq konfrans keçirib.

Şura Katibliyinin hüquqşünası Fərid Rüstəmov 2014-cü il ərzində milli QHT-lərin 386 layihəsinin maliyyələşdirildiyini deyərək onların icra vəziyyəti haqqında məruzə edib.

Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, Katibliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mustafa Qurbanlı, “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, Qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, Katibliyin məsləhətçisi Cəmilə Əliyeva çıxış edərək aid olduqları sahənin fəaliyyəti haqqında hesabatla çıxış ediblər.

Toplantının sonunda Şura Katibliyinin əməkdaşları Gülnarə Cəfərova, Həsən Səmədov, Elnur Bağırlı, Mustafa Qurbanlı, Tural Hüseynli, Emin Məmmədov, Xanım Cəbrayılova, Şahin Məhərrəmov, Nigar Ağakişiyeva, Cəmilə Əliyeva, və Amid Mirzəyev xidmətdə fərqləndiklərinə görə fəxri fərmanla təltif ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR