Bakı, 17 iyun, AZƏRTAC
Sentyabrın 7-də tanınmış cazmen Emil Əfrasiyabın rəhbərlik etdiyi kvartet Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.
Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər üstünlük təşkil edir.