[ 18 İyun 2015 13:37 ]




Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenkonun istefaya göndərilməsi ilə bağlı qərar layihəsini təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna parlamentinin saytında yer alan məlumatda deyilir.

V. Nalivayçenkonun müşaviri Markiyan Lyubkivski “Facebook”dakı səhifəsində yazıb ki, Nalivayçenko istefa ərizəsini yazmayacaq.

“Sabahkı səsvermə deputatlar üçün çətin bir sınaq olacaq. Çünki əslində iş Nalivayçenkoda deyil”, - deyə o vurğulayıb.