[ 18 İyun 2015 15:43 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, Nardaran sakini Elxan Cəfərov tanışı Süleyman Nuruzadəni ov tüfəngi ilə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.