ANS PRESS-in məlumatına görə, müğənni erməni əsilli həmkarı Hayko Cepkini təhqir etdiyi üçün təzminat ödəyəcək. Belə ki, Hayko iddia edib ki, Davud Güloğlu onu meymuna bənzədib.
D.Güloğluna 5 il əvvəl qatıldığı bir televiziya proqramında işlətdiyi ifadələrə görə pul cəzası kəsilib. Davud Güloğlu həmin proqramda Hayko Cepkin haqqında bunları deyib: "Elə bil qorxu filmindən çıxıb, meymuna bənzəyir. Görəsən pişik yoxsa it kəsir?", - deyə söyləyib.
İstanbul Asliye Hüquq Məhkəməsi Cepkinin açdığı 50 min lirəlik mənəvi təzminat iddiasını qismən qəbul edərək Güloğlunun 15 min lirə (5,700 AZN) mənəvi təzminat ödəməsinə qərar verib.