Almanlar mobil ödənişə inanmır

Almanlar mobil ödənişə inanmır
21:47 18 İyun 2015
Ölkə mətbuatı
A- A+

Almaniya sakinlərinin əksəriyyəti mobil ödənişlərin mühafizəsinin lazımi səviyyədə təmin olunmaması fikrindədir. 

Bitkom şirkətinin məlumatına görə, Almaniya istifadəçilərinin yalnız 29 faizi alış-veriş zamanı smartfonlardan istifadə etməyə hazırdır. Həmçinin almanların 88 faizi mobil ödənişlərin təhlükəsizliyindən narahatdır.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilərin 85 faizi hesab edir ki, mobil ödənişlər xidməti ödəniş məlumatlarının olduğu telefonun oğurlanması ehtimalını artırır. Bundan başqa, onların 72 faizi mobil ödənişlər sisteminin insanları sürətli alış-verişə sövq etməsini düşünür.
 
Tədqiqatdan həmçinin məlum olub ki, respondentlərin 72 faizi mobil ödənişlərdən heç vaxt istifadə etməyib və almanların 40 faizi yaxın gələcəkdə bu xidmətdən istifadə etməyi planlaşdırmır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/351120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı