Stolüstü tennis üzrə kişilər və qadınlar arasında fərdi yarışların yarımfinalçıları məlum olub

Stolüstü tennis üzrə kişilər və qadınlar arasında fərdi yarışların yarımfinalçıları məlum olub
23:28 18 İyun 2015
84 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 18 iyun, Rafael Həsənov, Flora Şükürova, AZƏRTAC
Birinci Avropa Oyunlarında stolüstü tennis üzrə iyunun 18-də kişilər və qadınlar arasında fərdi yarışların yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında yarımfinal mərhələsində Li Çji (Niderland) Yeva Odorova (Slovakiya), Mələk Hu (Türkiyə) isə Çjao Li (Niderland) ilə yarışacaq. Kişilərin mübarizəsində isə “Bakı-2015”-in beynəlxalq idman elçisi, almaniyalı stolüstü tennisçi Dmitri Ovçarov Böyük Britaniya təmsilçisi Pol Drinkhol, Ukrayna idmançısı Ley Kou isə belaruslu Vladimir Samsonov ilə qarşılaşacaq.
Qadınlar və kişilər arasında fərdi yarışların finalı iyunun 19-da keçiriləcək.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennis_uzre_kisiler_ve_qadinlar_arasinda_ferdi_yarislarin_yarimfinalchilari_melum_olub-865125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR