“Haykakan Jamanak” qəzeti: Ermənistan xarici investorlar üçün əhəmiyyətini itirib

09:08 19 İyun 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Ermənistanın “Haykakan Jamanak” qəzeti bu ölkədəki ağır iqtisadi vəziyyətdən yazıb. Bildirilir ki, Ermənistan artıq xarici investorlar üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb. Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Bundan əvvəl “Moody’s” agentliyi Ermənistanın reytinqini aşağı salmışdı. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da buraya əlavə edilsə, aydın olur ki, bu ölkə xarici investorlar üçün tam maraqsızdır.
Qəzetin məlumatına görə, bu il xaricdən Ermənistana gələn pul transfertləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son beş ilin ən aşağı səviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəcmli yardım alacağına heç bir ümidi də yoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Haykakan_Jamanak_qezeti_Ermenistan_xarici_investorlar_uchun_ehemiyyetini_itirib-865154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR