"Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının start götürən dördüncü günündə maraqlı qarşılaşmalar gözlənilir

10:13 19 İyun 2015
38 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 19-da Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının start götürən dördüncü günündə maraqlı qarşılaşmalar gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu gün qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma, qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma, kişilər arasında qoşa səngər stendi yarışları keçiriləcək.
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBaki_2015_quot_birinci_Avropa_Oyunlarinin_aticiliq_yarislarinin_start_goturen_dorduncu_gununde_maraqli_qarsilasmalar_gozlenilir-865155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı