Toplantı çərçivəsində informasiya texnologiyaları və təhlükəsizliyi üzrə risklərin, boşluqların təyin edilməsi məsələləri təhlil olunub, onların müvafiq qaydalara uyğun aradan qaldırılma üsulları müzakirə edilib. Bu sahədə “Azərkosmos” ASC-nin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, ötən ilin may-iyun aylarında MHM informasiya texnologiyaları və təhlükəsizliyinin təminatı sistemi üzrə “İSO 27001/2005” beynəlxalq standartlar sertifikatına layiq görülüb. Keçən dövr ərzində MHM informasiya texnologiyaları və təhlükəsizliyi üzrə məsələləri “ISO 27001/2013” beynəlxalq standartının tələblərinə uyğun təşkil etmiş və cari ayın əvvəlləri İsveçrənin beynəlxalq SGS Audit Şirkətinin (Societe Generale de Surveillance) Azərbaycan nümayəndəliyi tərəfindən müəssisənin informasiya texnologiyaları və təhlükəsizliyi üzrə auditi həyata keçirilib.
Görüş zamanı “Azərkosmos” ASC-yə MHM tərəfindən bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyi bildirilib.
Həqiqət İSABALAYEVA