Balakən rayonunun ucqar Qabaqçöl qəsəbəsində son günlər hər kəsin diqqəti ilk Avropa oyunlarına yönəlib. ANS TV-nin məlumatına görə, sakinlər Azərbaycan idmançılarına o cümlədən bu qəsəbənin yetirmələri olan güləşçi Rəsul Çunayev və pnevmatik tapançadan atəş açan beşqat Azərbaycan çempionu Rəsul Məmmədova çıxışlarını izləyirlər.
Yeddi kəndi birləşdirən və 10 mindən yuxarı əhalisi olan Qabaqçöl qəsəbəsi rayon mərkəzindən ucqarda yerləşməsinə baxmayaraq müxtəlif sahələrdə həmçinin öz idmançıları ilə tanınır. Hələ Sovetlər birliyi dövründə qəsəbənin yetirmələri olan Hacımurad Bağmanov, Hacımurad Çöpsiyev ölkə və dünya miqyasında keçirilən yarışlarda birinciliyə nail olublar.
Rəsul Məmmədovun yaxınları onun Avropa Oyunlarında uğurlu çıxışına inanır.
Hazırda onların yolunu yeniyetmələr arasında Sinqapur Olimpiadasının qalibi Murad Bazarov, Dünya və Avropa çempionu Rəsul Çunayev və pnevmatik tapançadan atəş açan Rəsul Məmmədov davam etdirir. Avropa Oyunlarını diqqətlə izləyən Rəsul Məmmədovun valideynləri isə sevinc qarışıq bir həyəcan yaşayır.
Valideynləri, yaxın qohumları və qəsəbə sakinləri bütün Azərbaycan idmançılarının, o cümlədən də həmyerlilərinin bütün görüşlərini izləyir onlara azarkeşlik edirlər.
Atası Zalkep Məmmədov söylədi ki, bu oyunlarda Azərbaycan idmançılarının üzərində böyük bir məsuliyyət var. Ata oğlunun da bu oyunlarda iştirak etməsindən çox sevinir.
Keçiriləcək oyunların Ramazan bayramına təsadüf edən Rəsul Məmmədovun anası Həvva Məmmədova oğlu ilə bərabər bütün Azərbaycan idmançılarına uğur qazanmaq üçün dualar etdiyini deyir: “Bütün Azərbaycanın oğul və qızları mənim də balalarımdır. Bütün idmançılara uğurlar arzulayrıram və istəyirəm ki, Azərbaycan həmişə birinci yeri tutsun”.
Həmkəndlisi və yaxın dostu növbəti görüşdə Rəsulun qələbəsinə bütün kəndin inandığını söyləyir.
Dostu Ramazan Mohumov fikrincə Baləkəndən olan ikinci yarışmaçı əvvəli idmançı kimi öz gücünü göstərə biləcək və layiqli yer tutacaq.
5 qat Azərbaycan çempionu, bir neçə beynəlxalq turnirin qalibi Rəsul Məmmədov iyunun 20-də mübarizəni davam etdirəcək.
Fanat.az