Avstraliya jurnalında Avropa Oyunları barədə məqalə dərc olunub

11:52 19 İyun 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 11:50 ]

Bakı. Məlahət Nəcəfova - APA. Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundwater Azərbaycandakı təəssüratları barədə yazıb.

APA-nın məlumatına görə, Azərbaycanı parlaq gələcəyə, sürətli inkişaf dinamikası və təbii gözəlliyə malik ölkə adlandıran müəllif buranı mədəniyyətlərin qovşağı adlandırıb. Şəhər barədə danışarkən Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını deyən müəllif, “Bura Romadır, Parisdir yoxsa Londondur?!” deyərək heyrətini gizlətməyib.

 

Jurnalist binaların qərb memarlığına çox yaxın olduğunu, lakin şərq görkəmində olmasını heyrətamiz adlandırıb. Məqalədə Alov qüllələrinin müasir Azərbaycanın müasir rəmzi olduğu vurğulanıb. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən media nümayəndəsi ölkədə çoxlu sayda brend mağazaların olduğunu, onların əksəriyyətinin alıcılarla dolu olduğunu vurğulayıb. Məqalədə Bakı barədə “Yeni Dubay” kəlməsi işlədilir və ölkədə keçirilən Avropa Oyunlarının məqsədinin həm də, Azərbaycanın imicinin daha da yüksəltmək olduğunu yazır.

 

Azərbaycanlıların dünyada güləş və boksda fəal olması, eləcə də Avroviziya 2011-dəki qələbələri ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün də rahat olduğu, viza proseslərində bəzi sadələşdirilmələr aparıldığı qeyd edilir. Ölkəyə hətta “Kristal hall”da keçirilən konsertlər üçün gələnlər olduğu da vurğulanır.

 

Ben yazır ki, Azərbaycanın zəngin mədəniyyətinin özünü yeməklərdə, xalçalarda, gözəl İşərişəhərdə və 1000 illiklərlə yaşı olan Qız qalasında, eləcə də karvansaraylarda  əks etdirir. Ölkədə 11 iqlimdən 9-nun yer aldığını deyən jurnalist  regionlardakı təbii gözəlliyi də qeyd edir. Heydər Əliyev Mərkəzi isə Benin də ifadə etdiyi kimi,  özünün bəyaz dalğaları ilə onu heyrətə gətirib. Azərbaycanın məhz bu mərkəz kimi, qeyri adiliyi və cəsarəti ilə yaddaşlarda qalan ölkə olduğunu vurğulayan müəllif Naftalan müalicəvi nefti, Qobustan dövlət qoruğu, Şəki şəhəri, Yanardağ və Şahdağ istirahət mərkəzini Azərbaycanda görməli yer kimi ilk “5-lik”də sıralayır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR