Nazir Hüseyn Bağırov Zaqatalada vətəndaş qəbulu keçirib (FOTO)

Nazir Hüseyn Bağırov Zaqatalada vətəndaş qəbulu keçirib (FOTO)
12:23 19 İyun 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 19-da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Zaqatala şəhər 2 saylı orta məktəbdə Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR