“Azərbaycan: İdman diqqət mərkəzindədir” adlı fotosərgi Parisdə sərgilənir

15:07 19 İyun 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 16:02 ]



Bakı – APA. “Azərbaycan: İdman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır ki, Avropanı gəzib-dolaşmaqdadır. Hazırda o Parisdə, “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sərgiyə daxil olan 65 fotoşəkill Azərbaycan idmanının nə dərəcədə geniş əhatəli və çoxşahəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.

 

Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə, 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olub. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII fotoqrafiya agentliyinin həmtəsisçisi amerikalı Ed-Kashi, portret mütəxəssisi almaniyalı Filipp Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafata layiq bilinmiş azərbaycanlı Ağdəs Bağırzadə.

 

Seçim geniş və çətin olub. Qızğın müzakirələrdən sonra münsiflər heyəti üç qalib müəyyənləşdirib. Onların adları fevralın 27-də Londonda OXO Qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi  “Zirvəyə doğru” fotoşəkili müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunub. İkinci yerə fransız fotoqrafı Pol Robion layiq görülüb. O, Rio de Janeironun “İnapema Beach” çimərliyində çəkdiyi futbolçuların fotoşəkilini təqdim edib. Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilib. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. Fotoşəkil “Yekun təlimatlar” adlanır.

 

Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin  saytında (www.teas.eu) 2015 Avropa Oyunlarına həsr olunmuş bölmədə baxmaq olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR