Milad Beiqi Harçeqani: "Qalib gəlmək üçün bütün gücümü topladım"

Milad Beiqi Harçeqani: "Qalib gəlmək üçün bütün gücümü topladım"
16:14 19 İyun 2015
187 İdman
Ölkə mətbuatı
A- A+

“Avropa Oyunlarını uğurla başa vurdum. Mən xoşbəxtəm ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxa bildim. Ötən gün üzərimdə olan ən böyük məsuliyyəti layiqli yerinə yetirdim”.
 
APA TV-nin xəbərinə görə, bunu ölkəmizə 12-ci qızıl medalı qazandıran taekvondoçumuz Milad Beiqi Harçeqani deyib.
 
İdmançımız yarışlarda qalib gələcəyinə hər zaman inandığını deyərək bildirib ki, qalib gəlmək üçün bütün gücünü səfərbər edib: "Bu gün artıq mən də Avropa Oyunlarının qızıl medalının daşıyıcılarından biriyəm və bununla fəxr edirəm".
 
Çempionumuz ona dəstək olanlar üçün Azərbaycanın himnini bir daha oxuyub.
 
Qeyd edək ki, Milad Beiqi Harçeqani finalda rusiyalı Albert Quanla qarşılaşıb və rəqibinə 9:4 hesabı ilə qalib gəlib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı