Əməkdar idman məşqçisi: İlk Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir

Əməkdar idman məşqçisi: İlk Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir
16:18 19 İyun 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Aygün Bədəlova/

“İlk Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir”. Trend-in məlumatına görə, SSRİ və Rusiyanın əməkdar idman məşqçisi, Rusiyanın batut gimnastikası üzrə komandasının baş məşqçisi Oleq Zaporojçenko Rusiyanın “Vestnik Kavkaza” portalına açıqlamasında belə deyib.

O bildirb ki, Oyunların təşkilatçılıq səviyyəsi də beynəlxalq standartlara uyğundur: “Bakıda hər cür şərait yaradılıb. Hətta avtobuslarla bağlı hər 10 dəqiqədən bir mesajlar gəlir. Gözəl idman obyektləri var. Və ən əsası, Bakıda insanlar qonaqpərvərdir. Bunlar hamısı çox gözəldir”.

Rusiyalı məşqçi hesab edir ki, Bakı-2015 Avropa xalqlarını da yaxınlaşdırmağa kömək edəcək: “Bu yarışlar Avropa xalqlarını yaxınlaşdırır. Burada həm idmançılar, həm də məşqçilər bir-birinə hörmətlə yanaşırlar. Bu cür ünsiyyət bir-birinə hörmətin və mədəniyyətin göstəricisidir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR