Bakı, 19 iyun, AZƏRTAC
İcbari Sığorta Bürosu tərəfindən 2015-ci il yanvarın 4-də, saat 09:10 radələrində, Cəlilabad rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ailə üzvlərinin ölümü, iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına bir ölüm halına görə 5000 AZN (beş min manat), xəsarətlərə görə 1500 AZN (bir min beş yüz) və 750 AZN (yeddi yüz əlli manat) məbləğində kompensasiya ödənişləri edilib.
Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, ödəniş 2015-ci il iyunun 17-də poçt vasitəsilə köçürülüb.