Azərbaycan yığmasının üzvü finala vəsiqə qazanıb

17:37 19 İyun 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 17:34 ]

Bakı-APA. Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları bu gün başa çatır.

Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular yarışır.

 

Kişilər arasında +80 kq 2 çəki dərəcəsində Azərbaycan yığmasının lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) məğlub edib - 8:6. 1/2 finalada sloveniyalı İvan Traykoviçlə üz-üzə gələn təmsilçimiz yenə də çətinlik çəkmədən qələb qazanıb. Radik İsmayılov ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.  

 

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR