Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində ifa etdiyi pianonun bəzədilməsi üçün 2000-dən çox güldən istifadə edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın tanınmış gül dizayneri Dmitri Türkan Rusiyanın TACC agentliyinə bildirib.
"Pianonun xalça üzərində güllə bəzədilməsi ideyası açılışın rejissoru Dimitris Papaioanna aiddir. Məni açılışa 36 saat qalmış çağırdılar və dedilər ki, Qaqanın ifasında həyat, gül-çiçək olmalıdır. Şərtlər çox çətin idi. Birincisi güllər açıq günəş altında qurumamalı idi. İkincisi isə sudan da istifadə edilməli deyildi. Bütün komanda ilə hərəkətə keçdik. Çox fikirləşəndən sonra belə nəticəyə gəldik ki, əhr gülü boruya yerləşdirək. Və 2 mindən çox güldən istifadə edildi", - deyə Türkan bildirib.