Quba rayonunda ilk dəfə olaraq arı havası ilə müalicə metodundan istifadə edilir.
Uzun illərdir ki, arıçılıqla məşğul olan Əziz Ələkbərov bu işdə Almaniya və Türkiyə təcrübəsindən istifadə edib. Onun sözlərinə görə, bu, Azərbaycanda açılan ilk belə yerdir. Yeni fəaliyyətə başlamasına baxmayaraq burada müalicə almağa gələnlər az deyil. Arı havası ilə müalicənin saatı 5 manat təşkil edir.
Region TV xəbər verir ki, bronxial astma, təzyiq, yuxusuzluq və digər bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar günlərinin bir neçə saatını burada keçirir. Müalicəyə yeni başlamalarına baxmayaraq artıq bura gələn xəstələr müalicənin nəticələrini hiss etməyə başladıqlarını bildirirlər.
Arıçı bu müalicə üsulunun gələcəkdə də geniş tətbiq olunacağına inanır. Onun sözlərinə görə gələcəkdə müalicənin hər saatına görə qiymətlər bahalaşa bilər.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.