İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

21:08 19 İyun 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron məlumat lövhəsi və monitor yerləşdirib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlandırılmasıdır.
Monitorda Şuranın Şuşa və Ağdam haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda, qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.
Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Icheriseherde_Ermenistanin_Azerbaycana_herbi_tecavuzu_ile_bagli_elektron_lovhe_yerlesdirilib-865434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR