Saymon Kleq: Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən qürur hissi duyuram

Saymon Kleq: Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən qürur hissi duyuram
20:23 19 İyun 2015
76 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarının bu cür yüksək səviyyədə keçirilməsindən qürur hissi duyuram. On mindən çox könüllüyə dərin minnətdarlığımı bildirirəm. Bu gənclər həvəslə böyük işlər görürlər.
AZƏRTAC verir ki, bu sözləri iyunun 19-da “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib.
Azərbaycanda idman yarışları ilə bağlı mükəmməl təsvirlərin yayıldığını bildirən Saymon Kleq Beynəlxalq İdman Yayımı Şirkətinin yüksək səviyyəli çəkilişlər apardığını vurğulayıb. İyunun 17-də yeddi idman növü üzrə 30 min tamaşaçının olduğunu diqqətə çatdıran BEGOC-un əməliyyatlar üzrə baş direktoru 74 faiz tamaşaçı iştirakının təmin olunduğunu söyləyib. Bilgəh çimərliyində Oyunların başa çatdığını qeyd edən Saymon Kleq deyib: “İyunun 18-də idmançılar tərəfindən 16 dəst medal qazanılıb. Suya tullanma yarışları uğurlu keçib. Hazırda həmin məkanda əlavə sektorlar açılıb. Suya tullanma məkanında 1600-dən çox əlavə yer təmin olunub. Güləş üzrə yarışlar başa çatdı. Velosiped yarışları ilə əlaqədar yollarda müəyyən məhdudiyyətlər olacaq. Yarışlardan dünyaya əsrarəngiz təsvirlər yayılacaq. Artıq 12 idman növü üzrə yarışlar baş tutacaq. İyunun 18-i stolüstü tennis və taekvondo üçün son gündür. Badminton və digər idman növləri üzrə yarışların keçirilməsi üçün keçid prosesi başlayacaq. Düşünürəm ki, çoxlu sayda tamaşaçı yarışları izləyəcək.
S.Kleq deyib ki, Oyunların belə yüksək səviyyədə keçirilməsi doğru planlaşdırmanın nəticəsidir. İşlər yaxşı təşkil olunur. Azərbaycan idmançıları yarışlarda yüksək nəticələr əldə edirlər. Ev sahibinin yaxşı göstəriciləri Oyunların ab-havasına müsbət təsir göstərir.
Baş direktor tamaşaçıların iştirak səviyyəsinin də yüksək olmasından məmnunluğunu bildirib. O vurğulayıb ki, bağlanış mərasiminə diqqət fərqli olacaq. Birinci Avropa Oyunları təntənəli bağlanış mərasimi ilə də tarixdə qalacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saymon_Kleq_Birinci_Avropa_Oyunlarinin_yuksek_seviyyede_kechirilmesinden_qurur_hissi_duyuram-865440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR