""Atletiko"nun "Barselona" və "Real"la rəqabətini..."

""Atletiko"nun "Barselona" və "Real"la rəqabətini..."
20:52 19 İyun 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya futbolunun tanınmış siması Valeri Karpin yerli medianın suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis milli komanda ilə bağlı bir neçə məqama aydınlıq gətirib.

- Hazırda Çilidə Amerika Kuboku keçirilir. Turniri izləyirsiniz?
- Bəli. Favoritlərin oyunlarını təhlil edirəm. Təkrarları izləyirəm.
- Bu yaxınlarda Qazaxıstana getmişdiniz. Səfərin məqsədi nə idi?
- AVRO-2016-nın təsnifat mərhələsində Qazaxıstan - Türkiyə matçına dəvət etmişdilər. Bundan başqa, "Kayrat" klubunun infrastrukturu ilə tanış oldum. Klub rəhbərliyi ilə görüşdüm.
- Məntiqlə düşünəndə belə nəticə çıxır ki, gedib klubun şəraiti ilə tanış olmusuz və yaxın zamanda "Kayrat"ın sükanı arxasına keçəcəksiniz...
- Bir ay əvvəl Valeri Qazzayev ora getmişdi. O da "Kayrat"ın bazasını, akademiyasını gəzmişdi. Buna görə məntiqlə düşünəndə başqa variantlar da ortaya çıxır.
- Fabio Kapellonu son vaxtlar çox tənqid edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Normal qəbul edilməlidir. Nəticə yoxdursa, istənilən məşqçi tənqidlə üzləşir.
- Siz əvvəl demişdiniz ki, bu vəziyyətdə oyunçular bir kənarda qalır, günahkar ancaq məşqçi qəbul edilir.
- Elə futbolçular haqqında da tənqidi fikirlər səslənir. Amma problem başqadır. Əgər Kapellonun məvacibi 7 milyon yox, 10 min avro olsaydı, məsuliyyət yalnız futbolçuların üzərinə düşərdi. Amma Kapellonu Rusiya millisinə çağırmaq, Luis Hamiltona adi "Mercedes" verib "Formula 1"də qalibiyyət tələb etməyə bənzəyir. Rusiyada məvacibin gözləntilərə uyğunsuzluğu haqqında danışılır. Əgər yaxşı maşınım varsa, ən bahalı yarışçı nəyimə gərəkdir?
- Millinin zəifliyi mediada çox şişirdilir?
- Yəqin ki, məsələni bu dərəcəyə çatdırmaq lazım deyil. Eyni futbolçuların müxtəlif məşqçilərlə fərqli oyunlar göstərməsi adi haldır.
- Komandanın Avstriya ilə oyunu sizə necə təsir bağışladı?
- Rusiya millisinin oyununu bəyəndiyimi deyə bilmərəm. Amma rəqibin də əla oyun göstərdiyini söyləmək olmaz. Matçın gedişindən çox şey asılıdır. İlk qol Rusiyadan gəlsəydi, nə olacağını heç kim proqnozlaşdıra bilməzdi.
- Millidə işləmək sizin üçün maraqlı təklif olardı?
- Millinin məşqçisi artıq var. Bu barədə danışmaq düzgün deyil. Hər məşqçinin, hətta azarkeşin də milli ilə bağlı məsələyə öz yanaşması var.
- Rusiya Premyer Liqasında legioner limiti ilə bağlı fikirləriniz nədir?
- Obrazlı bir misal çəkim. Tutaq ki, qızım ən yaxşı universitetdə oxuyur. Mən təhsil haqqı ödəyirəm. Sonra qızım diplom alıb iş görüşməsinə gedir və onu qəbul etmirlər. Əlbəttə, mən təəccüblənərəm. Oyunçularla bağlı eyni vəziyyətdir. Sayları çoxdur. Meydana çıxırlar. Amma vacib oyun olanda bizi təəccübləndirirlər. Ümumiyyətlə, legioner limitinin ləğv olunmasını istərdim. Slovakiya millisinə baxın. Futbolçuların əksəriyyyəti xarici çempionatlarda çıxış edir. Amma komanda ən güclü rəqiblərin öhdəsindən gəlir. Həm də yerli futbolçuların böyük həcmdə məvacib almasının da əleyhinəyəm. Qoy maaşı almasınlar, qazansınlar.
- Bəs, Rusiya futbolunun qaymaqları ölkə xaricinə çıxsa, yerli çempionatın durumu necə olacaq?
- Çempionatın səviyyəsinin enməsi fikri ilə razı deyiləm. Amma biz milli haqqında danışırıq.
- Sizin vaxtilə şərəfini qoruduğunuz "Spartak Moskva" uzun müddətdir, titul qazana bilmir. Bunun səbəbi nədir?
- Komandanın qarşısına qoyulan tapşırıq əvvəlki kimi deyil. Əvvəl çempionluq tələb edilirdisə, indi Avrokuboklara vəsiqə qazanmaq əsas hədəfdir. "Spartak ruhu" hər oyunda qalib gəlməyə çalışmaqdır. Bəlkə də "Zenit"in 90-cı illərin "Spartak"ı kimi Rusiya futbolunda hegemonluq etməsinə şahid olacağıq. Bu normaldır. İspaniyada bu cür iki, Almaniya və Fransada isə 1 klub var. Bizdə də eyni proses getməkdədir.
- "Spartak"ın "Zenit"lə rəqabət aparması üçün hansı şərait lazımdır?
- 2014-cü ildə İspaniyada baş verənləri görə bilərik. "Atletiko"nun "Barselona" və "Real"la rəqabətini nəzərdə tuturam. Lakin böyük klubların hegemonluğu dünyanın hər yerində olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR