Şagirdlər arasında basketbol üzrə yarışın qalibləri müəyyənləşib

13:48 21 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 269 nömrəli tam orta məktəbin idman zalında qızlar arasında rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan basketbol üzrə yarış keçirilib.
AzərTAc xəbər verir ki, turnirdə 10 məktəbdən 120 şagird iştirak edib.
Yarışda 269, 17 və 138 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR