"Taekvondo yarışlarda Avropanın ən güclü idmançıları iştirak edirdilər və buna görə də qələbə xüsusi dəyəri var". Bunu Trend-ə I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarında qızıl medal qazanmış Milad Beygi Xarçeqani (80 kq) deyib.
O bildirib: "Oyunlardan əvvəl söz vermişdim ki, azarkeşləri mütləq sevindirəcəyəm və sözümü tutaraq qızıl medal qazandığıma görə çox şadam".
Taekvondoçumuz qeyd edib ki, finalda rusiyalı idmançı ilə görüş çətin alındı: "Finaldan əvvəl böyük məsuliyyət hissi vardı. Lakin həyəcanı boğaraq qələbəyə kökləndim. Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm".
Milli.Az