Bakı, 19 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 19-da birinci Avropa Oyunlarında qadın voleybolçular arasında yarışların qrup mərhələsi çərçivəsində daha altı oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan yarışda ilk olaraq meydana Rumıniya və Türkiyə komandaları çıxıb. Görüşdə Türkiyə millisi asan qələbə qazanıb – 3:0 (25:16, 25:22 və 25:19).
Günün ikinci qarşılaşmasında Bolqarıstan millisi Xorvatiya yığması ilə üz-üzə gəlib. Xorvatiya millisini görüşü 3:1 (25:23, 25:23, 15:25 və 25:23) hesabı ilə öz xeyrinə başa vurub.
Növbəti görüş Serbiya və Niderland milliləri arasında təşkil olunub. Görüş niderlandlı voleybolçuların 3:2 (20:25, 25:22, 26:28, 25:16 və 15:9) hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana Polşa və İtaliya voleybolçuları çıxıb. İnamlı oyun nümayiş etdirən polşalı voleybolçular görüşdən 3:0 (25:17, 25:18 və 25:23) hesablı qələbə ilə ayrılıblar.
Azərbaycan millisi də növbəti oyununu qələbə ilə başa vurub. “A” qrupunda yer alan milli komandamız Belçika yığması ilə keçirdiyi görüşün birinci setində 25:21 hesabı ilə qalib gəlib. İkinci setdə 22:25 hesabı ilə belçikalılara məğlub olan voleybolçularımız üçüncü setdə rəqiblərindən üstün olublar - 25:20. Dördüncü setdə isə belçikalılar uğur qazanıblar - 25:21. Görüşün taleyi beşinci setdə - taybrekdə həll olunub. Bu seti Azərbaycan yığması 15:6 hesabı ilə qalib başa vurub. Ümumi nəticədə voleybolçularımız 3:2 hesabı ilə rəqiblərindən üstün oldular.
Günün son qarşılaşması Almaniya və Rusiya yığmaları arasında olub. Monteneqrolu hakim Sonya Simonovskanın idarə etdiyi görüşdə Rusiya millisi 3:2 (24:26, 25:9, 25:20, 22:25 və 15:10) hesabı ilə qalib gəlib.
Voleybol üzrə Azərbaycan millisi qrup mərhələsinin növbəti oyununda Belçika yığmasına qalib gəlib