Bu gün "Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edəcək. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçiriləcək.
Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunacaq. İlk təmsilçimiz saat 11:36-da yarışa qatılacaq. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq Aleksey Kopnin isə reytinq mərhələsini 301 xalla 57-ci yerdə tamamlamışdı.
Reytinq mərhələsində 328 xalla 45-ci olan Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gələcək. Rəqiblərin mübarizəsi saat 14:26-da başlayacaq.
314 xalla 50-ci olan Roman Vengerovun rəqibi isə fransalı Lukas Danieldi. Saat 15:44-də hədəf önünə keçəcək idmançılar qalibi müəyyənləşdirəcək.
Qeyd edək ki, 1/16 final mərhələsi iyunun 22-də keçiriləcək.
Fanat.az