Bu gün "Bakı-2015" I Avropa Oyunlarında suyatullanmanın daha iki növü üzrə yarışlar keçirilir. Fanat.az xəbər verir ki, kişilər 3 metrlik tramplində, qadınlar isə 3 metrlik sinxron tramplinlərdə mükafatlar uğrunda mübarizə aparacaq.
Azərbaycan idmançısı Artyom Danilov da qüvvəsini sınayır. 1 metrlik tramplində 8-ci olan təmsilçimiz bu dəfə 3 metrlik tramplində təsnifat yarışlarında çıxış edir.
O, saat 20:25-də start götürəcək final mərhələsinə yüksəlmək üçün mübarizə aparan 32 idmançının yarışında ilk cəhdini yerinə yetirib. Danilovun çıxışı 31,20 xalla dəyərləndirilib.
İdmançımız hələlik ilk cəhdi yerinə yetirən 14 iştirakçı arasında 9-cudu.
Fanat.az