Azərbaycan, Bakı, 20 iyun /Trend/

"New Europe" saytında Bakı 2015 Avropa Oyunlarına həsr edilmiş fotosessiya yerləşdirilib.

Trend-in məlumatına görə, fotolarda I Avropa Oyunları çərçivəsində yarışların 6-cı gününün ən yaxşı anları əks olunub.

Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 9-cu günü başlayıb.

Bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, şose velosipedi, suya tullanma, idman gimnastikası, atıcılıq, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az