Bakı, 20 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda kişi oxatanlar arasında fərdi mübarizəyə start verilib.
AZƏRTAC xəbər verir ki, 1/32 mərhələdən mübarizəyə başlayan kişi oxatanların yarışında Azərbaycanı təmsil edən Aleksey Kopnin rusiyalı Bair Tsybekdorjiyev, Taras Senyuk lüksemburqlu Ceff Henkels, Roman Vengerov isə fransalı Lukas Daniel ilə qarşılaşacaq.