Voleybolda gərgin mübarizə

Voleybolda gərgin mübarizə
11:56 20 İyun 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, B qrupunda çıxış edən Slovakiya və Belçika yığmaları üz-üzə gəlir. Qrupun cəmi 3 xal toplamış Belçika yığması eyni xala sahib olan Slovakiya ilə 4-cü 5-ci pillələri bölüşür. Qələbə qazanan yığma qrupda yuxarı pillələrə yüksələcək.

B qrupunda Rusiya 1-ci (9 xal), Almaniya 2-ci (6 xal), Bolqarıstan isə 3-cü (5 xal) sıradadır. İtaliya isə qrupda cəmi 1 xal toplayaraq sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, kişilər arasında ilkin raund yarışında A qrupunda Azərbaycanın bu gün son oyunu Polşa ilə olacaq. Bundan əvvəlki üç görüşdə uduzan Azərbaycan komandası son görüşdə bütün gücünü ortaya qoymalıdır. Lakin oyun həm də Polşa üçün böyük əhəmiyyət daşıyır.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı