Bakı, 20 iyun, AZƏRTAC
Ukraynanın birinci Avropa Oyunlarında üzgüçülük idman növü üzrə təmsilçisi Andrey Serdinov yerli mətbuata açıqlamasında deyib ki, “Bakı-2015” Olimpiada səviyyəsində keçirilir. O, açılış mərasiminin, eləcə də yarışların təşkilinin tam Olimpiya standartlarına cavab verdiyini bildirib.
“Bakıda bütün idmançılar Atletlər Kəndində qalırlar. Bu, həm də müxtəlif ölkələrin nümayəndələrinə bir-biriləri ilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır”, - deyə ukraynalı atlet vurğulayıb. O, birinci Avropa Oyunlarının gənc idmançılar üçün də mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq deyib: “Burada iştirak edən gənc idmançılar beynəlxalq yarışların, olimpiadaların atmosferini hiss etmək imkanı qazanırlar. Ümumiyyətlə, “Bakı-2015” ukraynalı gənc idmançılar üçün ilk beynəlxalq təcrübə oldu”.