Hollandiyalı idmançıdan qüsursuz atış

I Avropa Oyunlarında kamandan oxatma yarışları davam edir.

Kiçik məyusluqlar olsa da, idmançıların çoxu oyunları müvəffəqiyyətlə bitirib Hollandiyalı oxatan Sjef Van Den Berq, bugün Tofiq Bəhramov adına stadionda kamandan oxatma üzrə kişilər arasında keçirilmiş fərdi yarışlara qüsursuz başlanğıcla start verib.

O, haqqı olan doqquz atışdan səkkizində hədəfi 10-dan vuraraq rəqibi latviyalı Eduards Lapsinsi 6-0 hesabı ilə məğlub edib.

Lakin holland idmançı, finalda ona əlavə 8 bal qazandıra biləcək oxunu 90 metr məsafəyə ata biməyib.

Van Den Berqin həmyerlisi və eyni zamanda müsabiqədə ikinci güclü atıcı olan Rik Van Den Ven, San Marinonu təmsil edən idmançı Emanuel Guidini 6-0 hesabı ilə məğlub edərək, ilk seçim yarışını müvəffəqiyyətlə başa vurub.

Birinci Avropa Oyunlarında bugün baş tutmuş kişilər arasında kamandan oxatma yarışlarında belarus Anton Prilepov, dünya üzrə kamandan oxatma növü üzrə idmançıların siyahısında 915-ci yerdə olan islandiyalı Sicurqon Siqurdsonla qarşılaşdıığı müsabiqənin ilk setində vaxtının bitmə təhlükəsi ilə qarşılaşıb. Və son oxunu ata bilməyəcəyi üçün olduqca təlaşlanıb.

Lakin o, ilk setdə qalib gəlsə də, yarışı 7-3 hesabı ilə uduzub. Bununla da, rəqibi Prilepov üçün bazar ertəsi keçiriləcək 1/16 seçim mərhələsində iştirak etməyə şans yaradib.

Kişilər arasında keçirilmiş səhərki sessiyada bir neçə məğlubiyyətlər də olub. Belə ki, 43 nömrəli forma ilə mübarizə aparmiş Kieran Slater ilə Rusiyanı təmsil edən Aleksandr Kojinin yarışı 6-2 hesabı ilə, polşalı Marek Szafran və daha yüksək statuslu belarus Aliaksandr Liahuşeunun rəqabəti isə 6-4 hesabı ilə başa çatıb.

Azərbaycanın şərəfini qoruyan Aleksey Kopnin 50-ci sırada olan mövqeyini qoruya bilməyib. O, 15-ci sıradakı idmançılardan biri olan rusiyalı Bair Tsaybekdorjiyevə 6-2 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı