Bakı, 20 iyun, AZƏRTAC
Belarus idmançısı Alyona Omelyusik Bakının şose yollarında veloyürüşün qalibi olub. A. Omelyusik 119,6 kilometr məsafəni 3 saat 20 dəqiqəyə qət edib . Finişə ikinci olaraq Polşa idmançısı Katarjina Neviadoma, üçüncü isə holland Anna van der Breqqe çatıb.
AZƏRTAC xəbər verir ki, yarış Azadlıq prospektindən başlayıb. Veloyürüşün 67 iştirakçısı arasında Azərbaycanı iki idmançı təmsil edirdi - Yelena Pavluxina və Ülfət Nəzərli.
İdmançılar gərgin mübarizəni ölkənin əsas meydanında başa çatdırıblar.
Yelena Pavluxina finişə 32-ci çatıb.