"Azərbaycanda gimnastikanın inkişafına yaxşı diqqət yetirilir"

"Azərbaycanda gimnastikanın inkişafına yaxşı diqqət yetirilir"
18:12 20 İyun 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Biz bir sıra beynəlxalq yarışları izləmişik və deyə bilərik ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib.

Bunu Trend-ə Avropa Oyunlarını izləmək üçün ölkəmizə gəlmiş ispaniyalı ailənin xanımı Beqoniya Simon deyib.

O bildirib ki, Azərbaycan idmanda ilk olan bu Oyunlara çox yaxşı start verdi.

Ailənin digər üzvü Kladuia Edelya da təşkilatçılıq işlərindən razı qaldığını vurğulayıb. O qeyd edib ki, artıq bir neçə idman arenalarında olublar və Azərbaycanın yaratdığı idman infrastrukturunu çox bəyəniblər: "Bu gün final yarışlarını izləməyə gəldiyimiz bu Milli Gimnastika Arenası da çox möhtəşəmdir. Görünür, Azərbaycanda gimnastikanın inkişafına yaxşı diqqət yetirilir".

İspaniyalı ailə Azərbaycanda ilk dəfə olduqlarını qeyd edərək ölkəmizi çox bəyəndiklərini bildirblər. K.Edelya deyib ki, doğrudan da, Azərbaycanda gördüklərimizdən çox təəccübləndik. Bakıda olmaq bizə böyük zövq verir. Bakı çox gözəl şəhərdir, açığını desəm belə şəhər olduğunu gözləmirdim. Dənizkənarı bulvarda gəzdik, Xəzər dənizinın mənzərəsini gördük, bəzi milli xörəklərin dadına baxdıq və çox bəyəndik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı